Bakıda baş verən yol qəzasında üç qardaş yaralanıb

Bakı. 25 iyul. REPORT.AZ/ Bakının Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un xəbərinə görə, A.Mustafayev küçəsi ev 241 ünvanda 1954-cü il təvəllüdlü Fəyaz Bədəlovun idarə etdiyi KİA və 1978-ci il təvəllüdlü Mehman Sadıqovun idarə etdiyi idarə etdiyi “KAMaz” markalı avtomobillər toqquşub.

Hadisə nəticəsində F.Bədəlov, sərnişinləri 1953-cü il təvəllüdlü Fazil və 1961-ci il təvəllüdlü Əfraz Bədəlovlar xəsarət alıblar. Onlar Azərbaycan Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna yerləşdiriliblər.

Faktla bağlı istintaq aparılır.

Qeyd edək ki, hər üç yaralı qardaşdır.

Digər xəbərlər

Talaçaydan sel keçir 08 iyul, 2026 / 11:03