Bakıda bankda saxta dollar dəyişdirmək istəyən qadın saxlanılıb

Bakı. 28 noyabr. REPORT.AZ/ Bakıda bankda saxta dollar dəyişdirmək istəyən qadın saxlanılıb.

"Report"un Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Bakı şəhər sakini Həcər Əliyeva Nəsimi rayonu ərazisindəki banklardan birində 1 ədəd 100 dollarlıq saxta əsginası dəyişdirmək istəyərkən Nəsimi Rayon Mühafizə İdarəsi əməkdaşları tərəfindən saxlanılaraq Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinə təhvil verilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Digər xəbərlər

Sumqayıtda avtomobil yanıb 10 noyabr, 2026 / 11:23
Qazaxda avtomobil yanıb 10 noyabr, 2026 / 10:37