Bakıda bank kartlarından oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb 

Bakıda bank kartlarından oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Bu barədə "Report"a DİN-in Mətbuat xidmətindən məlumat verilib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini, 21 yaşlı Surət Əliyev müəyyən olunaraq saxlanılıb.

Araşdırmalarla onun eyni üsulla 5 nəfərin bank hesabından 4 min manata yaxın vəsaiti oğurlaması müəyyən olunub.
Araşdırmalar davam etdirilir.

Digər xəbərlər

Sumqayıtda beş avtomobil toqquşub 25 oktyabr, 2026 / 15:56
Gəncədə beşaylıq körpə ölüb 23 oktyabr, 2026 / 19:14