Bakıda bacı və qardaş bıçaqlanıblar

Bakıda bıçaqlanma hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.

2001-ci il təvəllüdlü Qıxlarova Ayşən Əbil qızı və qardaşı, 1994-cü il təvəllüdlü Mənsimov İlkin Əbil oğlu yaşadıqları evdə naməlum şəraitdə bıçaqlanıblar.

Yaralılar təcili yardimin köməkliyi ilə xəstəxanaya çatdırılıblar. Müayinə zamanı hər iki yaralıda döş qəfəslərinin bir ədəd kəsilmiş-deşilmiş yaraları aşkarlanıb. Yaralılar cərrahi əməliyyat olunub.

Faktla bağlı araşdırma aparılır.

Ramin Şahbazov

Digər xəbərlər

Bakıda avtomobil körpüdən aşıb 11 noyabr, 2026 / 11:05
Sumqayıtda avtomobil yanıb 10 noyabr, 2026 / 11:23
Qazaxda avtomobil yanıb 10 noyabr, 2026 / 10:37