​Bakıda azyaşlı uşaq xilas edilib

Bakı. 1 mart. REPORT.AZ/ Axşam saatlarında Bakının Xətai rayonunda mənzildə 1 nəfər azyaşlı bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

“Report” Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, qurumun “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, FHN-in xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Xilasedicilər mənzilin qapısını açıb və azyaşlını aidiyyəti üzrə təhvil veriblər.

Digər xəbərlər

Azər Qasımlıya hökm oxunub 11 mart, 2026 / 16:27
Kürdəmirdə 4 otaqlı ev yanıb 09 mart, 2026 / 15:54