Bakıda axtarışda olan qadın saxlanılıb

Bakıda axtarışda olan qadın saxlanılıb.

Bu barədə "Report"a Ədliyyə Nazirliyi Penitensiar xidmətdən bildirilib.

Xidmətin əməliyyat aparatının Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində əvvəllər Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə məhkum olunmuş, hazırda axtarışda olan şəxs Əhmədova İlhamə Miraslan qızı saxlanılaraq Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarına təhvil verilib.

Digər xəbərlər

DİN: Həftəsonu 17 silah aşkarlanıb 14 sentyabr, 2026 / 12:48