Bakı. 4 noyabr. REPORT.AZ/ Bakının Nizami rayonunda axtarışda olan qadın tutulub. Bu barədə "Report"a Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən məlumat verilib.
Belə ki, Nizami Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, cinayət məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan 1983-cü il təvəllüdlü Fərqanə Şükürova tutulub.
Faktla bağlı araşdırmalar davam etdirilir.