Bakıda avtovağzal yaxınlığında qəza olub, sıxlıq yaranıb

Bakının Binəqədi rayonu, Beynəlxalq Avtovağzal Kompleksinin yaxınlığında yol qəzası baş verib, sıxlıq yaranıb.

"Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Bildirilib ki, qəza səbəbindən "Xırdalan" dairəsi istiqamətində nəqliyyat sıxlığı yaranıb: "Yol polisi əməkdaşları hadisə yerindədir və sıxlığın aradan qaldırılması məqsədilə tədbirlər görülür".

Digər xəbərlər

Bakıda avtomobil körpüdən aşıb 11 noyabr, 2026 / 11:05
Sumqayıtda avtomobil yanıb 10 noyabr, 2026 / 11:23
Qazaxda avtomobil yanıb 10 noyabr, 2026 / 10:37