Bakıda avtomobillərdən oğurluq edən gənc saxlanılıb

Bakıda avtomobillərdən oğurluq edən gənc saxlanılıb.

“Report”un xəbərinə görə, hadisə dekabrın 19-da paytaxtın Sabunçu rayonu ərazisində baş verib.

Belə ki, F.Nəfərli və N.Əliyevin avtomobillərindən oğurluq edilib.

Daha sonra hər iki şəxs hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət ediblər.

Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, 1998-ci il təvəllüdlü A.Əhmədov şübhəli şəxs qismində tutulub.

Hər iki faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Sumqayıtda beş avtomobil toqquşub 25 oktyabr, 2026 / 15:56
Gəncədə beşaylıq körpə ölüb 23 oktyabr, 2026 / 19:14