Bakıda avtomobillər toqquşub, ölən var

Bakıda yol qəzası olub.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, oktyabrın 19-da saat 17 radələrində paytaxtın Qaradağ rayonunun Səngəçal qəsəbəsi ərazisində qəsəbə sakinləri - Cövdət Abdulovun idarə etdiyi “VAZ-2107” və Z.Əsədovun idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşub. Nəticədə hər iki sürücü və bir sərnişin xəstəxanaya yerləşdirilib, C.Abdulov orada ölüb.

Qaradağ Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Digər xəbərlər

Azər Qasımlıya hökm oxunub 11 mart, 2026 / 16:27