Bakıda iki avtomobil toqquşub, biri aşıb

Bakıda yol qəzası baş verib.

“Report”un xəbərinə görə, hadisə 8 Noyabr prospektində qeydə alınıb.

Belə ki, BMW markalı avtomobillə “Niva” markalı maşın toqquşub. Nəticədə “Niva” markalı avtomobil aşıb.

Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmayıb, hər iki avtomobilə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Kürdə bir nəfər batıb 12 avqust, 2026 / 19:20