Bakıda avtomobillər toqquşub, bir neçə nəfər xəsarət alıb

Bakıda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Nərimanov rayonunda qeydə alınıb. Ziya Bünyadov prospektində iki avtomobil toqquşub. Hadisə nəticəsində Mansurov Turxan Mahmud oğlu, 2000-ci il təvəllüdlü Babayev Sənan Zaur oğlu və 1987-ci il təvəllüdlü Mustafayev Tural Musa oğlu xəsarət alıblar.

Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Hadisənin təfərrüatı araşdırılır.

Digər xəbərlər

Sumqayıtda avtomobil yanıb 10 noyabr, 2026 / 11:23
Qazaxda avtomobil yanıb 10 noyabr, 2026 / 10:37