Bakıda avtomobillə vurulan qızın ayağı sındı

Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonunda qeydə alınıb.

Dərnəgül qəsəbəsində, 2000-ci il təvəllüdlü Səfərova Nərgiz Sərkər qızı yolu keçmək istəyərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Ona sağ baldır sümüklərinin sınığı diaqnozu qoyulub.

Digər xəbərlər

Bakıda avtomobil körpüdən aşıb 11 noyabr, 2026 / 11:05
Sumqayıtda avtomobil yanıb 10 noyabr, 2026 / 11:23
Qazaxda avtomobil yanıb 10 noyabr, 2026 / 10:37