Bakıda avtomobillə vurulan gəncin ayağı sındı

Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonunda qeydə alınıb.

Belə ki, Əhməd Rəcəbli küçəsində 2000-ci il təvəllüdlü Günəşov Cəmil Babək oğlunu avtomobil vurub.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Ona sağ bud sümüyünün sınığı diaqnozu qoyulub.

Digər xəbərlər

İmişlidə zəlzələ olub 16 sentyabr, 2026 / 22:50
Bakıda avtomobil yanıb 16 sentyabr, 2026 / 02:45