Bakıda avtomobillə motosiklet toqquşub, sürücülərdən biri ölüb

Bakı. 18 avqust. REPORT.AZ/ Suraxanı rayonunda avtomobillə motosikletin toqquşması nəticəsində sürücülərdən biri ölüb. "Report"un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.

Məlumata görə, Suraxanı rayonunun Hövsan qəsəbəsində Bakı şəhər sakini Anar Əhmədovun idarə etdiyi "Ford" markalı avtomobillə "Honda" markalı motosiklet toqquşub.

Qəza nəticəsində motosikletin sürücüsü hadisə yerində ölüb. 

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Digər xəbərlər

Qaradağda top mərmisi aşkarlanıb 21 yanvar, 2026 / 10:19
Ağsuda zəlzələ olub 21 yanvar, 2026 / 03:19
Yevlaxda beşotaqlı ev yanıb 20 yanvar, 2026 / 12:21