Bakıda avtomobildən pul və telefon oğurlandı

Oğurluqda şübhəli bilinən Şərur rayon sakini saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən “Report”a verilən məlumata görə, əməliyyatı Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin əməkdaşları keçirib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində martın 21-də rayon ərazisində “Ford” markalı avtomobildən 1 200 manat pul və 480 manat dəyərində mobil telefon oğurlamaqda şübhəli bilinən Şərur rayon sakini V.Quliyev saxlanılıb. 

Digər xəbərlər