Bakıda avtomobildən pul və qızıl-zinət əşyaları oğurlanıb.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Belə ki, Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 24-də rayon ərazisində “Chevrolet” markalı avtomobildən içərisində 700 ABŞ dolları və 1000 manat dəyərində qızıl-zinət əşyaları olan çantanı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini X.Əzimov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.