Bakıda avtomobildən heroin götürülüb

Bakıda avtomobildə heroin aşkar edilib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Yasamal Rayon Polis İdarəsi 26-cı Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini V.Zeynalovun idarə etdiyi “AzSamand” markalı avtomobildən 571 qramdan çox heroin aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Sumqayıtda avtomobil yanıb 10 noyabr, 2026 / 11:23
Qazaxda avtomobil yanıb 10 noyabr, 2026 / 10:37