Bakıda avtomobildən 9700 manat pul oğurlayan şəxs tutulub

Bakı. 28 avqust. REPORT.AZ/ Bakıda avtomobildən pul oğurlayan şəxs saxlanılıb.

“Report” Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, paytaxtın Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 21-də rayon ərazisində “Hyundai” markalı avtomobildən içərisində 9700 manat pul olan çantanı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Teymur Quluzadə saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47