Bakıda avtomobildən 9242 manat pul oğurlanıb

Bakı. 28 oktyabr. REPORT.AZ/ Bakıda avtomobildən 9242 manat pul oğurlanıb.

“Report”un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Belə ki, oktyabrın 26-da Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində Salyan rayon sakini Elman Axundova məxsus “BYD” markalı avtomobildən 9242 manat pul oğurlanıb.

Qaradağ Rayon Polis İdarəsinin (RPİ) 10-cu Polis Bölməsi (PB) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən həmyerlisi Röyal Həsənov tutulub.

Digər xəbərlər

DİN: Həftəsonu 17 silah aşkarlanıb 14 sentyabr, 2026 / 12:48