Bakı. 17 iyul. REPORT.AZ/ Bakıda avtomobildən 4000 manat pul oğurlanıb.
"Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Belə ki, Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 14-də rayon ərazisində "Fiat" markalı avtomobildən 4.000 manat pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Rövşən Əşrəfov tutulub.
Fakt üzrə araşdırmalar davam etdirilir.