Bakıda avtomobildən 3 min manatlıq oğurluq edildi

Bakıda avtomobildə oğurluq hadisəsi baş verib.

“Report”un xəbərinə görə, hadisə aprelin 28-i Səbail rayonu ərazisində qeydə alınıb.

Belə ki, naməlum şəxs A.Məhərrəmova məxsus “VAZ-2107” markalı avtomobildən 2 400 manat dəyərində olan akkumulyator və ümumilikdə dəyəri 500 manat olan maqnitofonla təmir alətləri oğurlayıb.

Daha sonra A.Məhərrəmov hadisə barədə polis əməkdaşlarına müraciət edib.

Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini, 1981-ci il təvəllüdlü Famil Babayev müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

DİN: Həftəsonu 17 silah aşkarlanıb 14 sentyabr, 2026 / 12:48