Bakıda avtomobildən 2350 manat oğurlanıb

Bakıda avtomobildən xeyli miqdarda pul oğurlanıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən oktyabrın 30-da rayon ərazisində “Renault” markalı avtomobildən 2350 manat oğurlamaqda şübhəli bilinən Füzuli rayon sakini R.Həsənov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

İmişlidə zəlzələ olub 16 sentyabr, 2026 / 22:50
Bakıda avtomobil yanıb 16 sentyabr, 2026 / 02:45