Bakıda avtomobildən 1000 manat oğurlayan şəxs saxlanılıb

Bakıda avtomobildən 1000 manat pul oğurlanıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Binəqədi Rayon Polis İdarəsi 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən sentyabrın 7-də rayon ərazisində “Mitsubishi” markalı avtomobildən 1000 manat oğurlamaqda şübhəli bilinən Kürdəmir rayon sakinləri C.Şirəliyev saxlanılıb, onunla birlikdə olan daha bir nəfərin şəxsiyyəti müəyyən edilib.

Digər xəbərlər