Bakıda avtomobildə sürücüyə qarşı quldurluq edilib

Bakı. 17 yanvar. REPORT.AZ/ Bakıda avtomobildə sürücüyə qarşı quldurluq edilib.

"Report"un xəbərinə görə, hadisə Nizami rayonunda qeydə alınıb.

Belə ki, Qara Qarayev prospektində naməlum şəxs 1989-cu il təvəllüdlü Pərvin Əliyevə məxsus "Lada" markalı avtomobilə əyləşib. Naməlum şəxs P.Əliyevanı döyüb və 5 000 manat pulunu götürərək ərazidən uzaqlaşıb.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.

Digər xəbərlər

Kürdəmirdə 4 otaqlı ev yanıb 09 mart, 2026 / 15:54