Bakıda avtomobil yolu keçən hamilə qadını vurub

Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə Binəqədi rayonu, Biləcəri qəsəbəsində qeydə alınıb.

"VAZ-21015" markalı avtomobil yolu keçən Röya adlı hamilə qadını (soyadı dəqiqləşdirilir-red) vurub.

Hadisəni törədən Mirhəsən adlı sürücü (soyadı dəqiqləşdirilir-red) yaralını öz avtomobili ilə 1 saylı şəhər Kliniki Xəstəxanasına çatdırıb.

Yaralıya sol baldır sümüyünün sınığı və bədənin müxtəlif dərəcəli əziyi diaqnozları qoyulub.

Hadisənin təfərrüatı polis tərəfindən araşdırılır.

Ramin Şahbazov

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47