Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un məlumatına görə, hadisə Nəsimi rayonunda qeydə alınıb.
Dilarə Əliyeva küçəsində yolu keçən 1978-ci il təvəllüdlü Mehdiyev Rasim Fərəməz oğlunu minik avtomobili vurub.
Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona baş-beyin silkələnməsi və bədənin müxtəlif dərəcəli travmaları diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.
Ramin Şahbazov