Bakıda avtomobil yolu keçən piyada qadını vuraraq öldürüb

Bakı. 3 aprel. REPORT.AZ/ Bakıda avtomobil yolu keçən piyada qadını vuraraq öldürüb. 

"Report" Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, aprelin 2-də saat 19 radələrində Suraxanı rayonunun Bülbülə qəsəbəsində Bakı şəhər sakini İsa Əlizadə idarə etdiyi “Mitsubishi” markalı avtomobillə yolu keçən 30-35 yaşlı qadını vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47