Bakıda avtomobil yolu keçən kişini vuraraq öldürüb.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Belə ki, oktyabrın 22-də saat 18 radələrində Xəzər rayonunun Binə qəsəbəsi ərazisində Bakı şəhər sakini A.Rüstəmov idarə etdiyi “Jeep” markalı avtomobillə yolu keçən 40-45 yaşlı kişini vurub.
Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Xəzər Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.