Bakıda avtomobil yaşlı qadını vurub

Bakı. 16 may. REPORT.AZ/ Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Sabunçu rayonunda baş verib.

Bakıxanov qəsəbəsində 50 yaşlı Əzimova Olqa Aleksandr qızı yolu keçmək istəyərkən onu minik avtomobili vurub. Yaralı dərhal 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Digər xəbərlər

Lerikdə zəlzələ baş verib 01 avqust, 2026 / 19:37