Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un məlumatına görə, hadisə Qaradağ rayonunda qeydə alınıb. Lökbatan qəsəbəsində velosipedlə hərəkətdə olan 1979-cu il təvəllüdlü İsmayılov Eldar Sabir oğlunu avtomobil vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Hadisənin təfərrüatı araşdırılır.