Bakıda avtomobil velosipedçini vurub

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Xətai rayonunda qeydə alınıb. Avtomobil velosipedlə hərəkət edən 1952-ci il təvəllüdlü Milanov Bata İzakli oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər