Bakıda avtomobil velosipedçini vuraraq öldürdü

Bakıda ölümlə nəticələn yol qəzası baş verib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, iyulun 27-i saat 19 radələrində Binəqədi qəsəbəsi ərazisində Ağsu rayon sakini T.Zeynalov idarə etdiyi "VAZ-2106" markalı avtomobillə velosiped sürən Abşeron rayon sakini R.Şəfiyevi vurub, nəticədə velosipedçi aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Binəqədi Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Digər xəbərlər

İsmayıllıda zəlzələ olub 19 oktyabr, 2026 / 12:25
Xəzər dənizində zəlzələ olub 19 oktyabr, 2026 / 11:39