​Bakıda avtomobil təmiri sexində yanğın olub

Bakı. 15 fevral. REPORT.AZ/ Bakının Nərimanov rayonunda vətəndaşa məxsus 4 boksdan ibarət avtomobil təmiri sexində yanğın olub.

"Report" xəbər verir ki, hadisə nəticəsində sexin damının taxta konstruksiyadan ibarət atmaları, içərisində təmirə dayanmış 2 ədəd "Nissan" markalı avtoqaldırıcı yanıb.

Sexin qalan hissəsi, sexin içərisində təmirə dayanmış “KamAZ” markalı yük avtomobili və sexə bitişik anbarlar yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Digər xəbərlər

Şəkidə 4 nəfəri çaqqal dişləyib 11 sentyabr, 2026 / 13:05
Xəzər dənizində zəlzələ olub 10 sentyabr, 2026 / 10:41