Bakıda avtomobil qadının ayağının üstündən keçdi

Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.

“Report” xəbər verir ki, minik avtomobili yolu keçmək istəyən 1971-ci il təvəllüdlü Muradova Esmira Əvəz qızının sol ayağının üzərindən keçib.

Xəsarət alan şəxs xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb. 

Faktla bağlı araşdırma aparılır.

Ramin Şahbazov

Digər xəbərlər

Şəkidə 4 nəfəri çaqqal dişləyib 11 sentyabr, 2026 / 13:05
Xəzər dənizində zəlzələ olub 10 sentyabr, 2026 / 10:41