Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report" xəbər verir ki, hadisə Səbayel rayonunda baş verib.
Badamdar qəsəbəsində avtomobil 1959-cu il təvəllüdlü Abşeron rayon sakini İsmayılova Rüxsarə Şükür qızını vurub. Nəticədə piyada xəsarət alıb. Yaralı 1 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib.
Peyman Əlizadə