Bakıda avtomobil qadını vuraraq öldürüb

Bakıda sürücü avtomobil ilə qadını vuraraq öldürüb.

"Report"un məlumatına görə, hadisə noyabrın 29-u saat 06:10 radələrində paytaxtın Sabunçu rayonu ərazisində qeydə alınıb.

Belə ki, 1957-ci il təvəllüdlü Əliyev Bünyabün Əbil oğlu idarə etdiyi "Mercedes" markalı
avtomobillə hərəkətdə olarkən "RR Petrol" yanacaq doldurma məntəqəsinin qarşısında yolu sağdan sola keçən piyada, 1980-ci il təvəllüdlü Mirzəyeva Afaq Habil qızını vurub. Nəticədə qadın xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Digər xəbərlər

Sumqayıt sakini dənizdə batıb 10 avqust, 2026 / 10:52
Bilgəhdə kişi dənizdə boğulub 10 avqust, 2026 / 10:49