Bakıda avtomobil qadını vuraraq ağır xəsarət yetirib

Bakının Xətai rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Fəzail Bayramov küçəsində qeydə alınıb. “Toyota Prado” markalı avtomobil qadını vurub.

Müxtəlif xəsarətlər alan yaralı Kliniki Tibbi Mərkəzə çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyəti ağırdır.

Digər xəbərlər

Daşkəsəndə yol çöküb 30 mart, 2026 / 11:46
Sumqayıtda mebel sexi yanıb 30 mart, 2026 / 10:50