Bakıda avtomobil qadını vuraraq ağır xəsarət yetirdi

Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə hadisə paytaxtın Xətai rayonunda qeydə alınıb.

Belə ki, 1967-ci il təvəllüdlü Fazilə Kərimova yolu keçmək istəyərkən avtomobil onu vurub. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona qapalı kəllə-beyin travması qoyulub və reanimasiyaya yerləşdirilib.

Digər xəbərlər

Bakıda avtomobil körpüdən aşıb 11 noyabr, 2026 / 11:05