Bakıda avtomobil qaçıran şəxs tutuldu

Bakıda avtomobil qaçırılıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinə müraciət edən paytaxt sakini Ə.Əliyev mayın 17-də Binəqədi qəsəbəsi ərazisindən “Ravon” markalı avtomobilinin qaçırıldığını bildirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş S.Cəfərov Bilgəh qəsəbəsi ərazisində avtomobillə birgə saxlanılıb.

Digər xəbərlər