Bakıda avtomobil piyadanı vurub

Bakı. 3 fevral. REPORT.AZ/ Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report" xəbər verir ki, hadisə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində qeydə alınıb.

Belə ki, avtomobil yolu keçmək istəyən, şəxsiyyəti hələlik müəyyənləşdirilməyən 33-34 yaşlı kişini vurub. Yaralı 3 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisəni törədən sürücü Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. 

Digər xəbərlər

İsmayıllıda zəlzələ olub 19 oktyabr, 2026 / 12:25
Xəzər dənizində zəlzələ olub 19 oktyabr, 2026 / 11:39