Bakıda avtomobil piyadanı vurub

Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə Binəqədi rayon Xocahəsən qəsəbəsində qeydə alınıb.

1980-ci il təvəllüdlü Məmmədov Hacı Məmməd oğlu yolu keçərkən "Opel" markalı avtomobil onu vurub. Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Ona beyin silkələnməsi, sol baldır və sol bazu sümüyünün sınığı diaqnozu qoyulub. Yaralının vəziyyəti kafi qiymətləndirilir.

Digər xəbərlər

Sumqayıt sakini dənizdə batıb 10 avqust, 2026 / 10:52
Bilgəhdə kişi dənizdə boğulub 10 avqust, 2026 / 10:49