Bakıda avtomobil piyadanı vurub

Bakı. 31 may. REPORT.AZ/ Bakıda piyadanın ağır xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report" xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Belə ki, Kürdəxanı qəsəbəsində "Opel" markalı avtomobil 1981-ci il təvəllüdlü Qarayeva Afaq Bəxtiyar qızını vurub. Nəticədə o, ağır kəllə-beyin travması alıb.

A.Qarayeva Bakıdakı özəl klinikalardan birinə yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.  

Digər xəbərlər

Azər Qasımlıya hökm oxunub 11 mart, 2026 / 16:27