Bakıda avtomobil piyadanı vuraraq öldürüb

Bakıda yol-nəqliyyat hadisəsi olub.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, oktyabrın 11-də saat 18 radələrində Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində Bakı şəhər sakini R.Məmmədov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən paytaxt sakini Kamal Cəfərovu vurub.

Nəticədə piyada xəstəxanaya aparılarkən yolda ölüb.

Binəqədi Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Digər xəbərlər

Xəzər dənizində zəlzələ olub 10 sentyabr, 2026 / 10:41