Bakıda avtomobil piyadanı vuraraq öldürüb - FOTO - YENİLƏNİB - VİDEO

Video əlavə olunub


*** 1 iyul 23:31

Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə A.Nobel prospektində, Bakı İstilik Elektrik Mərkəzinin yaxınlığında qeydə alınıb.

Belə ki, "VAZ-2107" markalı avtomobil yolu keçən piyadanı vurub. Nəticədə o, aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib. 

Hadisəni törədən sürücü polis tərəfindən saxlanılıb. 

Digər xəbərlər