Bakıda avtomobilin vurduğu piyada ölüb

Bakıda avtomobilin vurduğu piyada ölüb.

"Report" xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonu Mərdəkan qəsəbəsi ərazisində baş verib.

Belə ki, "Qaranquş" sanatoriyasının qarşısında sürücü 1999-cu il təvəllüdlü İbrahim Həsənov idarə etdiyi "VAZ-2107" markalı, 77-CJ-397 dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkət edərkən piyada 1956-cı il təvəllüdlü Cəfər Hüseynovu vurub. Nəticədə sonuncu noyabrın 20-si almış olduğu xəsarətlərdən müalicə aldığı xəstəxanada ölüb.

Faktla bağlı istintaq aparılır.

Digər xəbərlər

Sumqayıtda beş avtomobil toqquşub 25 oktyabr, 2026 / 15:56
Gəncədə beşaylıq körpə ölüb 23 oktyabr, 2026 / 19:14