Bakıda avtomobil piyadanı vuraraq öldürdü

Bakıda yol qəzası baş verib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, noyabrın 14-də saat 19 radələrində Qaradağ rayonunun Sahil qəsəbəsi ərazisində Bərdə rayon sakini E.Allahverdiyev idarə etdiyi “Ford” markalı avtomobillə yolu keçən Lökbatan qəsəbə sakini Seymur Orucovu vurub və nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Digər xəbərlər

Şamaxıda zəlzələ olub 22 fevral, 2026 / 07:12
Xəzər dənizində zəlzələ olub 19 fevral, 2026 / 17:41