Bakıda avtomobil piyadanı vuraraq öldürdü

Bakıda ölümlə nəticələnən yol qəzası olub.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, fevralın 14-də saat 17 radələrində Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində Bakı şəhər sakini R.İbrahimov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən qəsəbə sakini K.Nəcəfzadəni vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Qaradağ Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Digər xəbərlər

Lerikdə zəlzələ olub 17 sentyabr, 2026 / 16:14
İmişlidə zəlzələ olub 16 sentyabr, 2026 / 22:50
Bakıda avtomobil yanıb 16 sentyabr, 2026 / 02:45