Bakıda avtomobil piyadanı vuraraq ayağını sındırdı

Bakıda piyadanın ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Xətai rayonunda qeydə alınıb.

Gəncə prospektində 1982-ci il təvəllüdlü Məmmədov Ənvər Misirli oğlu yolu keçmək istəyərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya yerləşdirilib. Ona sol baldır sümüyünün sınığı diaqnozu qoyulub.

Digər xəbərlər