Bakı. 5 iyul. REPORT.AZ/ Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi zamanı 1 nəfər xəsarət alıb.
"Report"un xəbərinə görə, yol qəzası Zabrat qəsəbəsində baş verib.
1974-cü il təvəllüdlü Babayeva Humay Əhməd qızı yolun qaranlıq, piyadalar üçün müəyyən edilməmiş hissəsindən keçərkən onu "Mercedes" markalı avtomobil vurub.
Yaralı hadisəni törədən sürücünün köməkliyi ilə 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinə məlumat verilib.